Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı gəncləri Novruz Bayramını qeyd edib

19.03.2025

Martın 19-da Masallı rayon Heydər Əliyev Mərkəzinin,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin,Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, Masallı rayonu üzrə Gənclər və İdman sektorunun və Heydər Əliyev Mərkəzində yerləşən MKS-nin Qodman kənd kitabxana filialının birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Elimizə novruz gəlir!” adlı musiqili tədbir təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva gəncləri və qonaqları salamlayaraq, onlara bayram təbriklərini çatdırıb.Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Orxan Əliyev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayonu üzrə Gənclər və İdman sektorunun nümayəndəsi Sabiq Cahangirov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbir iştirakçılarını salamlayaraq, Novruz bayramının xalqımızın həm də, birlik və bərabərlik bayramı olduğunu vurğulayıb, gənclərə fəaliyyətlərində davamlı uğurlar arzu ediblər.

Tədbirdə GİKM-in Masallı bölməsinə üzv olan gənclərin iştirakı ilə hazırladıqları müxtəlif rəqs nümunələri, kosa və keçəl səhnələri daha da, rəng qatıb.