18.03.2025
Martın 18-də ilaxır çərşənbə münasibətilə Lerikdə bayram konserti təşkil olunub.
Lerik şəhəri, Heydər Əliyev meydanında Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə şəhər sakinləri və şəhərin qonaqları iştirak ediblər.
Bayram tonqalının ətrafına toplaşan şənlik iştirakçıları canlı musiqilərlə əylənərək ilaxır çərşənbəni qeyd ediblər.