Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli adət-ənənələrimiz-Novruz

19.03.2025

Martın 19-da Astara Tarix-Diyarşünaslıq Muzeyində “Milli adət-ənənələrimiz-Novruz” mövzusunda ekskursiya təşkil olunub.

Ekskusiyada Astara rayon Deqədi kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak etdilər.

Muzeyin ekskursiyaçısı Elnarə Əhmədova şagirdlərə Novruz adət-ənənələrindən məlumat verərək qeyd edib ki, Xalqımızın milli bayramlarından biri olan Novruz bayramı 2009-cu ilin sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş və 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyanın iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür, su, od, külək və torpaq ilə əlaqədar müasir ənənələr daxildir. Novruz gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını, yazın gəlişini özündə təcəssüm etdirən bayramdır. Novruz adət-ənənələrlə zəngin bir bayramdır.

Ekskursiyadan sonra muzeyin əməkdaşları İlahə Mirzəyeva və Nigar Qəribova tikmə və qurama sənətinin sirləri haqqında şagirdlərə məlumat veriblər.