Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel döyüşləinin əfsanəvi qəhrəmanı Pəncəli Teymurov

19.03.2025

Martın 19-da Astara rayon Heydər Əliyev Mərkəzində Pəncəli Teymurovun doğum gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Astara rayon təşkilatı, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının əməkdaşları, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun yaxın qohumları, F.Əliyarov adına şəhər 6 saylı, E.Ağayev adına Səncərədi kənd tam orta, S.Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, Aprel döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan şəhid Pəncəli Teymurovun adı hər kəsə yaxşı tanışdır. Onu xüsusi təyinatlıların əfsanəsi də adlandırırlar. Elə bir qəhrəman idi ki, toy günündə hamı ona xoşbəxtlik diləyərkən, o, özünə Qarabağı azad etməyi və bu yolda şəhid olub üçrəngli bayrağımıza bükülərək dəfn edilməyi arzulayırdı. Pəncəli üç il sonra, ömrünün 35-ci baharında bu arzusuna çatır, Aprel döyüşlərində Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə düşmənə qan udduraraq şəhidlik zirvəsinə yüksəlir.

Sonra mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Yekunda “Pəncəli Teymurov” qısa sənədli filmi nümayiş olunub.