Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz, yeni gün

19.03.2025

Astara Şəhər O.Kazımi adına Uşaq Musiqi Məktəbində "Novruz,yeni gün" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin rəhbəri L.İskəndərova açaraq , hər bir kəsi ilaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib.

Daha sonra məktəbin şagirdlərinin ifasında milli rəqslər, mahnılar, halaylar, hakıştalar təqdim olunub

Baharın simvolu olan Kosa ,Keçəl və Bahar qızının gəlişi tədbirə rəngarənglik qatıb.