Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hərbi hissədə bayram konserti

19.03.2025

Martın 19-da FHN-nin Lənkəran şəhərində yerləşən Quru Qoşunlarının “N”saylı hərbi hissəsində “Novruz gəlir, yaz gəlir” adlı bayram konserti təşkil olunub.

Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin yad edilməsilə başlayıb.

Tədbirin rəsmi hissəsində hərbi hissənin rəhbərliyi və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Habil Əliyev çıxış edərək, iştirakçıları təbrik ediblər.

Bədii hissədə isə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qrupları, kollektivləri və solistləri çıxış edərək, Novruzun sevinci və baharın təravətini səhnəyə daşıyıblar.

Əsgərlər bayram musiqilərini dinləyərək unudulmaz anlar yaşayıblar.