17.03.2025
Martın 17-də Lerik şəhər Heydər Əliyev meydanında Lerik rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edibə və onlara xoş arzularını çatdırıb.
Tədbir respublikanın tanınmış musiqiçilərinin ifasında konsert proqramı ilə davam edib.