Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətənin cəsur oğlu

27.03.2025

Martın 27-də Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Gülşad Xəlilovun doğum gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rəşad İsmayılov bildirib ki, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci ilin sentyabrın 27-də başlanan 44 günlük Vətən savaşı əsgər və zabitlərimizin qəhrəmanlıq hekayələri ilə zəngindir.Belə cəsur və qorxmaz oğullarımızdan biri də Azərbaycan odusunun 19 yaşlı əsgəri Gülşad Xəlilov idi. Olduqca qısa, lakin şərəfli ömür sürən Gülşad 4 yaralı döyüşçünü atəş xəttindən xilas etdikdən sonra uca şəhidlik məqamına yüksəlmişdir.

Sonra kitabxananın əməkdaşı Lətafət Əlirzayeva məruzəsində vurğulayıb ki, şəhid Gülşad Xəlilov 2001-ci ilin martın 27-də Masallı rayonunun Kürdəbazlı kəndində dünyaya göz açıb.2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib.Hərbi təlimlərdə həm topçu, həm də rabitəçi kimi istənilən döyüş tapşırığını can-başla yerinə yetirən baş əsgər idi. Oktyabrın 15-də Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə yetişib. Gülşad Xəlilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.