27.03.2025
Martın 27-də Lənkəran Mərkəzi Kitabxanasında “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş “Unutmadıq, unutdurmarıq” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.
Yekunda tədbir iştirakçıları Soyqırımı Abidə Kompleksini ziyarət ediblər.