Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda şəhidin anım mərasimi keçirilib

26.03.2025

Martın 26-da Yardımlı rayon Anzov kənd kitabxanası və Hamarkənd kənd Folklor klubunun birgə təşkilatçılığı ilə şəhid İbişov Seyfəddin Zabi oğlunun anım mərasimi keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib.

Şəhidimizin məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxunub.

Sonra şəhidin ailəsi ziyarət edilib,şəhidin keçdiyi döyüş yolu haqqında danışılıb.

Tədbirin sonunda şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.