Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xonçalı Novruz Gəlir

27.03.2025

Martın 27-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında şəhid Mirlətif Agayev adına MMC Təbib tibb kursunun tələbələrinin iştirakı ilə

"Xonçalı Novruz Gəlir" adlı tədbir keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Müşahidə Nərimanova tədbir iştirakçılarını salamlayıb və Novruz Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. Natiq çıxışında bildirib ki, Novruz şənlikləri təkcə Azərbaycanda yox həmçinin də İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır. Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ”Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.

Yekunda tələbələr də mövzu ilə bağlı çıxış ediblər.