Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada 31 mart Azərbaycanlıların Soyqırımı ilə bağlı tədbir keçirilib

29.03.2025

Martın 29-da Astara rayon Mədəniyyət Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri Astara rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini icra edən K.Fərziyev açaraq, 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş faciələrdən bəhs edib və bu hadisələrin xalqımızın tarixi yaddaşında silinməz izlər buraxdığını vurğulayıb.

Daha sonra mədəniyyət mərkəzinin digər işçiləri də mövzu ilə bağlı çıxışlar edib.

Sonda soyqırıma həsr olunmuş film nümayiş edilib.