29.03.2025
Martın 29-da Cəlilabad rayon Mərkəzi Kitabxanasında şəhid Mirlətif Ağayev adına MMC Təbib tibb kursunun tələbələrinin iştirakı ilə 31 Mart Soyqırım gününə həsr olunmuş "31 Mart - Sərhəd tanımayan erməni vəhşiliyi" adlı mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Müşahidə Nərimanova açaraq qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Prezidenti kimi 26 mart 1998 ci il tarixdə 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə sərəncam imzalamışdır. 1918 ci ilin mart, aprel aylarında şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilmişdir. Şamaxı cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. 1918 ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində eləcə də Şamaxı Quba, xacmaz, Lənkəran, Hacıqabul, Salyan, zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri Azərbaycanlıları kutləvi şəkildə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən bu soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı öldürülüb, on minlərlə insan itkin düşmüşdür.
Yekunda tələbələr də mövzu ilə bağlı çıxış ediblər.