01.04.2025
Aprelin 1-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə idarənin Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramovla 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüşdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov yubilyarı təbrik edərək ona möhkəm can sağlığı və xoşbəxtlik arzulayıb.
Yekunda Şadoğlan Bayramov mədəniyyət sahəsindəki xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin “Fəxri Fərman”ı ilə təltif olunub.