01.04.2025
Lerik rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə "2 Aprel- Beynəlxalq Uşaq Kitabı Günü" ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Lerik rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri və şagirdləri iştirak edib.
Kitabxananın əməkdaşları Beynəlxalq Uşaq Kitabı Gününün yaranmasının tarixi , uşaq kitabları haqqında şagirdlərə məlumat verib.
Sonda fəal şagirdlərə kitablar hədiyyə edilib.