Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda şəhid Qalib Zülfüqarlının ailəsi ziyarət edilib

01.04.2025

Aprelin 1-də Lənkəran Mərkəzi Kitabxanasının əməkdaşları aprel şəhidi Zülfüqarlı Qalib Layim oğlunun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı kitabxananın əməkdaşları şəhidin ailə üzvləri ilə görüşərək onlarla söhbət edib və şəhidin ev müzeyindəki əşyaları ilə tanış olublar.

Şəhid ailəsinin üzvləri ölkəmizdə şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür ediblər.

Qeyd edək ki, Zülfüqarlı Qalib Layim oğlu 2016-cı il mart ayının 27-də Qazax rayonunun Quşçuayrım kəndi ərazisində ərazimizə soxulmağa cəhd göstərən düşmənin qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Zülfarlı Qalib Layim oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.