Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Görkəmli türkoloq və şərqşünas alim - Mirzə Rəhimov

01.04.2025

 Astara rayon Heydər Əliyev Mərkəzində görkəmli türkoloq və şərqşünas alim, professor Mirzə Rəhimovun 95 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Astara rayon S.Nəsirov adına Seləkəran kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, alimin mənalı ömür yolundan, geniş və səmərəli elmi-pedaqoji fəaliyyətindən eyni zamanda dilçilik elminin ən mürəkkəb sahələri olan fars dilçiliyi, fars dilinin nəzəri qrammatikası, leksikologiyası, dialektologiyası və tarixi morfologiyası Mirzə Rəhimovun əsas tədqiqat obyekti olub.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.