02.04.2025
Aprelin 2-də Astara Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Z.Bünyadov adına şəhər 2 saylı tam orta məktəbində Aprel döyüşlərinin ildönümü ilə əlaqədar “Zəfər tarixinin başlanğıcı” adlı tarix dərsi keçirilib.
İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin kiçik-elmi işçisi Çiçək Axundova məktəbində V sinif şagirdləri üçün “Zəfər tarixinin başlanğıcı” mövzusunda məruzə edərək Aprel döyüşləri haqqında geniş məlumat verib.
Məruzədən sonra şagirdlərlə fikir mübadiləsi aparılıb.