02.04.2025
Aprelin 2-də Şabanlı kənd Mədəniyyət evində "Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir" mövzusunda anım tədbiri keçirilib.
İlk öncə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Çıxış edənlər aprel döyüşlərinin əhəmiyyətindən danışıb, azad olunmuş ərazilərimiz haqqında məlumat veriblər.
Vurğulanıb ki, dünya hərb tarixində xüsusi yeri olan və artıq yeni hərbi nümunə kimi öyrənilən 44 günlük savaşda qələbənin təməli əslində Aprel döyüşləri zamanı qoyulub.
Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib.