02.04.2025
Aprelin 2-də Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə 3 saylı uşaq bağçasında 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar ”Kitabların sehrli dünyasına səyahət” adlı tədbir keçirilib.
Tədbirdə uşaqlara maraqlı nağıllar oxunub və onlar kitablarla tanış olublar. Kitablar və nağıllar vasitəsilə uşaqlar həm əyləniblər, həm də yeni biliklər əldə ediblər.
Qeyd edək ki, bu gözəl fəaliyyət, uşaqlara kitab sevgisini aşılamaq və onların təxəyyülünü inkişaf etdirmək məqsədini daşıyıb.