Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Böyük Zəfərin başlanğıcı Aprel döyüşləri

02.04.2025

Aprelin 2-də Lerik rayon Mərkəzi Kitabxanasında Aprel döyüşlərinin 9-cu ildönümü ilə əlaqədar "Böyük Zəfərin başlanğıcı Aprel döyüşləri" adlı tədbir keçirilib.

Əvvəlcə Vətən uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Oxuculara Xidmət şöbəsinin müdiri Eyzəngül İsayeva açaraq 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin dövlətimizə qarşı növbəti silahlı təxribat törətməsini, lakin qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vurduğunu bildirib.

Daha sonra kitabxananın digər əməkdaşları da mövzu ilə bağlı çıxışlar edib.