02.04.2025
Aprelin 2-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinin il dönümü ilə əlaqədar "Tarixi zəfərin təməli" adlı tədbir keçirilib.
Tədbirdə Yardımlı rayon Bozayran kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə şanlı tariximizə çevrilən, tarixi zəfərimizin təməli olan, erməni mifologiyasının məhv edildiyi Aprel döyüşləri haqqında məlumat verilib. O cümlədən Azərbaycan Ordusunun gücündən söz açılıb.
Sonra "Aprel döyüşləri tariximizin şanlı səhifəsidir" adlı sənədli film nümayiş olunub.
Yekun olaraq mərkəzdə mövcud olan sərgi və eksponatlarla tanışlıq olub.