01.04.2025
Aprelin 1-də "Binyamin Gallery" tərəfindən təşkil olunan, Aprel döyüşlərinin qəhrəman şəhidlərinə həsr edilən "Şəhidlər Ölməz" adlı müsabiqədə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin rəsm studiyasının istedadlı şagirdləri uğur qazanıblar.
Müsabiqənin nəticələrinə əsasən, Mələk Qasımova və Şəbnəm Paşayeva I yer, Mirvari Rəsulzadə və Rəna Lalayeva II yer, Dinarə Məmmədova və Zəhra Dövlətova isə III yerə layiq görülüblər.
Gənclərimizi şəhidlərimizə hörmət və sevgi ilə yaratdıqları əsərlərə görə təbrik edir, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayırıq!