Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər salnanaməsinin başlangıcı

02.04.2025

Aprelin 2-də Astara rayon Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinin 9 illiyinə həsr olunmuş konfrans keçirilib.

Tədbirdə Aprel döyüşləri qəhrəmanı Pənçəli Teymurov yaxın qohumları, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri içtimai birliyinin Astara rayonu üzrə filialının, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının əməkdaşları, Ş.Qasımov adına şəhər 4 saylı, A.Hüseynov adına Suparibağ, S.Vurğun adına Təngərüd, B.Rüstəmov adına Asxanakəran, Sipiyəpart kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini qorumaq yolunda da mübarizə aparır, bu yolda da şəhidlər verir. Belə şərəfli günlərdən biri də Azərbaycan tarixinə Aprel döyüşləri, Aprel müharibəsi adı ilə düşüb. Dörd günlük müharibə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Bu, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş sayılır. Döyüşlər Azərbaycan əsgərinin qələbəsi ilə nəticələnib.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Tədbirdə “Aprel döyüşləri” qısa sənədli filmi nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.