02.04.2025
Astara rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində "2 Aprel - Beynəlxalq Uşaq kitab Günü " ilə əlaqədar olaraq " Kitab misilsiz bir xəzinədir" mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara şəhər Z.Bünyadov adına 2 saylı orta məktəbin kitabxana müdiri Natəvan Babayeva və IV sinif şagirdləri iştirak etdilər.
Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova əlamətdar gün haqqında iştirakçılara məlumatlar verərək bildirdi ki, 2 Aprel-Beynəlxalq Uşaq kitab Günü 1805-ci ildə aprelin 2-də anadan olmuş danimarkalı yazıçı,uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Xristian Andersenin dünyaya göz açdığı günün şərəfinə təsis edilib.
Yekunda şagirdlərlə Hans Xristianın "Düyməcik" nağılı müzakirə olunub,fəal şagirdlərə jurnal hədiyyə edilib.