02.04.2025
Aprelin 2-də Yardımlı Dövlət Rəsm Qalareyasında Dəlləkli kənd ümumi orta məktəbinin 5-ci sinif şagirdi Nicat Sahib oğlu Cəlilzadənin fərdi sərgisi təşkil olunub.
Sərgidə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, şəhid ataları, mədəniyyət işçiləri, rayon ictimaiyyəti iştirak edib.
Həvəskar rəssamın əl işlərində müxtəliflik olsa da vətənpərvərlik mövzusuna xüsusi diqqət yetirib.
Çıxış edənlər bu tipli tədbirlərin təqdirə layiq olduğunu, şagirdlərin formalaşmasında, istedadlı gənclərin üzə çıxarılmasında böyük rol oynadığını və arzuolunan olduğunu vurğulayıblar.
Son olaraq sərgiyə baxış keçirilib və Nicat Cəlilzadə ümumrayon tədbirlərində fəal iştirakına görə "Diplom"la təltif olunub.