Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Böyük Zəfərin Başlanğıcı- Aprel döyüşləri” adlı tədbir keçirilib

03.04.2025

Aprelin 3-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinin il dönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzi birgə "Böyük Zəfərin Başlanğıcı- Aprel döyüşləri" adlı tədbir keçirib.

Tədbirə başlamazdan öncə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı, tariximizə şanlı səhifə kimi yazıldı. Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi.

Sonda “Aprel döyüşləri- Şanlı qələbənin müjdəçisi” adlı film izlənilib.