03.04.2025
Aprelin 3-də Lerik rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Şəhid Amid Heydərov adına 2-saylı Uşaq bağçasında "Nağıl saatı" keçirilib.
Kitabxananın əməkdaşları uşaqları yeni nəşr olunmuş nağıl kitabları ilə tanış edib, onlara sevimli nağıl qəhrəmanları haqqında maraqlı məlumatlar verib.
Qeyd edək ki, "Nağıl saat"larını təşkil etməkdə məqsəd nağıllar vasitəsilə uşaqlarda yaxşı ilə pisi ayırmaq, hadisələri qiymətləndirmək bacarığı formalaşdırmaqdır.