Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda kitabxana işçisinə ”Fəxri Fərman” təqdim olunub

02.04.2025

Aprelin 2-də Yardımlı rayon Mərkəzi Kitabxanasında uzun müddət mədəniyyət sahəsində çalışan Bozayran kənd kitabxana filialının müdiri Naib Həsənovla 65 illik yubileyi münasibətilə görüş keçirilib.

Görüşdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev çıxış edərək yubilyarı təbrik edib, ona möhkəm can sağlığı və xoşbəxtlik arzulayıb.

Tədbirdə çıxış edən kitabxana əməkdaşları Naib Həsənovun kitabxana sahəsində fəaliyyəti və kollektiv arasında qazandığı hörmət haqqında danışıblar.

Yubliyar Naib Həsənov diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.

Sonda Naib Həsənov mədəniyyət sahəsindəki xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə “Fəxri Fərman”la təltif olunub.