02.04.2025
Astara rayon Mərkəzi kitabxanasında Aprel Döyüşlərinin ildönümü ilə əlaqədar "Aprel döyüşləri,tarixin səlnaməsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara Müharibə,Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının sədri Rafiq Əliyev,Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri İctimai Birliyinin Astara rayon filialının sədri Orxan Əliyev,Azərbaycan Vətən müharibəsi İctimai Birliyinin Astara şəhər təşkilatçısı Əmir Abiyev, Astara şəhər 1 və 2 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın direktor əvəzi Emil Baxşıyev tədbiri açaraq bildirib ki, 2-4 Aprel Döyüşləri böyük qayıdış, zəfərimizin başlanğıcı,tarixin səlnaməsi olaraq qəhrəman Aprel döyüşçüləri sayəsində tariximizə yazılmışdır.Biz bu tarixi unutmarıq və unutdurmarıq.
Sonra kitabxananın əməkdaşı Nərgiz Məhərrəmova mövzu ilə bağlı məruzə edib.
Yekunda şagirdlər Aprel Qəhrəmanları haqqında şeirlər səsləndiriblər.