04.04.2025
Aprelin 4-də Masallı rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə 4 nömrəli uşaq bağçasında nağıl saatı keçirilib.
Uşaq şöbəsinin müdiri Günəş Ağayeva balacalara "Tıq-tıq xanım" nağılını oxuyaraq, onlara dostluq, birlik və mərdliyin əhəmiyyətini izah edib.
Qeyd edək ki, belə tədbirlər uşaqların mütaliəyə olan marağını artırmaqla yanaşı, onların yaradıcılıq və təxəyyül dünyasını da genişləndirir.