Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel döyüşlərinin 9-cu ildönümü

04.04.2025

Aprelin 4-də Masallı rayon Mərkəzi Kitabxanasında Aprel döyüşlərinin 9-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. İlk olaraq, tədbir iştirakçıları Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra kitabxana əməkdaşı Şəmsurə Nəsirova tədbiri açaraq, Aprel döyüşlərinin tarixi əhəmiyyətindən və Azərbaycan əsgərlərinin göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrindən danışıb. O, bu döyüşlərin xalqımızın birlik və mübarizə ruhunu bir daha nümayiş etdirdiyini vurğulayıb.

Məruzə ilə çıxış edən kitabxananın digər əməkdaşı Arzu Hüseynova Aprel döyüşlərinin Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan haqq savaşında mühüm mərhələ olduğunu qeyd edib. O, şəhidlərin qəhrəmanlığının unudulmayacağını və onların xatirəsinin daim uca tutulacağını bildirib.

Tədbirin sonunda iştirakçılar Aprel şəhidlərinin ruhuna dualar edib, onların fədakarlığının gələcək nəsillərə örnək olacağını vurğulayıblar.