Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Estetik tərbiyə haqqında düşüncələr

04.04.2025

“Uşaqlara dair Strategiyanın həyata keçiriməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı“ nın icrası ilə əlaqədar aprelin 4-də Astara rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri içtimai birliyinin Astara rayonu üzrə filialının, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının əməkdaşları, Ş.Qasımov adına şəhət 4 saylı, A.Hüseynov adına Suparibağ, S.Vurğun adına Təngərüd, B.Rüstəmov adına Asxanakəran, Sipiyəpart kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, təhsilin ən əsas vəzifəsi yeni düşüncəli yaradıcı şəxsiyyətin formalaşdırılmasıdır. Həyatı gözəlləşdirmək, nəyisə qurub yaratmaq insanın əqidəsi, bacarığı, mövqeyi və qəlbindən asılıdır. Burada estetik tərbiyənin mühüm rolu vardır.

Sonra mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.