02.04.2025
Aprelin 2-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova çıxış edərək Aprel döyüşlərinin Azərbaycan tarixindəki önəmindən, ordumuzun göstərdiyi şücaətdən və qəhrəman oğullarımızın igidliyindən danışıb. O, bu qələbənin Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və Ali Baş Komandanın müdrik rəhbərliyinin nəticəsi olduğunu vurğulayıb.
Tədbirin davamında “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” adlı sənədli film nümayiş olunub. Film vasitəsilə iştirakçılar 2016-cı ilin Aprel döyüşlərinin xronikasını izləyib, qəhrəman hərbçilərimizin döyüş yoluna bir daha nəzər salıblar.