Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məktəblilərin Lerik rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası

07.04.2025

Lerik şəhər V. İbrahimov adına İnteqrasiya təlimli İnternet tipli Gimnaziyanın şagirdləri üçün maarifləndirici və tarixi biliklərini artırmaq məqsədilə Lerik Rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib.

Ekskursiya zamanı şagirdlər Mərkəzdə yerləşən dəyərli eksponatlarla tanış olublar. Mərkəzin bələdçisi Nəzri Səmədzadə onlara Ümummilli lider Heydər Əliyevin zəngin və şərəfli həyat yolu, ölkəmizin inkişafı naminə göstərdiyi xidmətlər, siyasi fəaliyyəti və dövlətçilik sahəsində qazandığı uğurlar haqqında ətraflı məlumat verib.

Şagirdlər ekskursiya zamanı Heydər Əliyevin uşaqlıq və gənclik illəri, dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyəti, Sovet Azərbaycanına rəhbərlik etdiyi dövr, eləcə də müstəqil Azərbaycan Respublikasının quruculuğundakı rolu ilə bağlı sənədlər, fotoşəkillər və digər eksponatları maraqla izləyiblər.

Ekskursiya şagirdlərdə vətənpərvərlik hissinin güclənməsinə, Ulu Öndərin Azərbaycan tarixindəki rolunu daha dərindən öyrənilməsinə xidmət edib.