Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanda milli azlıqların hüquqları

07.04.2025

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstutusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar aprelin 7-də Astara rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

 Tədbirdə  Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri içtimai birliyinin Astara rayonu üzrə filialının, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının əməkdaşları,  Ş.Qasımov adına şəhər 4 saylı, A.Hüseynov adına Suparibağ, S.Vurğun adına Təngərüd, B.Rüstəmov adına Asxanakəran və Sipiyəpart kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki,  Ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların həyatında və onlara münasibətdə yeni bir dönəm başladı. Ulu öndərin rəhbərliyi altında qəbul olanan Azərbaycan Respublikası Konstitusiyasının "Bərabərlik hüququ" adlanan 25-ci, 44-cü və 45-ci maddələri bu və ya digər mənada milli azlıqların hüquqlarının qorunmasına tam təminat verir.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.