Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda tarix dərsi keçirilib

07.04.2025

Aprelin 7-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Aprel döyüşləri “ başlığı altında tarix dərsi keçirilib.

Aprelin döyüşlərinin 9-cü il dönümü ilə əlaqədar olaraq keçirilən tarix dərsində İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin şagirdləri iştirak edib.

Əvvəlcə muzeyin əməkdaşı Heyran Lələyeva aprel döyüşləri və onun fədakar qəhrəmanları haqqında geniş danışıb.

Sonra məktəbin tarix müəllimi Sevil Abıyeva çıxış edərək Aprel döyüşlərinin bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdiyini qeyd edib.

Dərsin sonunda şagirdlər muzeyə ekskursiya edərək bölgənin tarixini özündə əks etdirən eksponatlarlada yaxından tanış olublar.