Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

4-dən 44-ə

04.04.2025

Aprelin 4-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində Aprel döyüşlərinin ildönümü ilə əlaqədar tarix dərsi keçirilib.

“4-dən 44-ə”başlığı altında keçirilən tarix dərsində Ərkivan 4 saylı tam orta məktəbin VII sinif şagirdləri iştirak edib.

Muzeyin əməkdaşı Heyran Lələyeva tariximizin şanlı səhifəsi olan Aprel döyüşlərindən, bu döyüşlərin qəhrəmanlarından və onların keçdikləri şərəfli döyüş yolundan geniş mühazirə edib.

Şagirdlər tarix dərsindən sonra Aprel döyüşlərinə həsr olunan sərgi ilə tanış olaraq muzeyə ekskursiya ediblər.