Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli komediyamızın məşhur nümayəndəsi

08.04.2025

Aprelin 8-də Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli sənətkarı, əməkdar incəsənət xadimi, dramaturq, yazıçı, ssenarist, teatr və kino xadimi Sabit Rəhmanın 115 illiyinin qeyd edilməsi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri içtimai birliyinin Astara rayonu üzrə filialının, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının əməkdaşları, Ş.Qasımov adına şəhər 4 saylı, A. Hüseynov adına Suparibağ, S.Vurğun adına Təngərüd, B. Rüstəmov adına Asxanakəran və Sipiyəpart kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzin direktoru Kübra Səmədova çıxış edərək qeyd edib ki, Sabit Rəhmanın milli teatr və kinomuzun inkişafındakı xidmətləri əvəzsizdir. Onun adı Azərbaycan kino və teatr tarixinə əbədi həkk olunmuşdur. 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdirdiyi felyetonlarla ədəbi fəaliyyətə başlayıb.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.

Daha sonra “Sabit Rəhmanın yaradıcılığı” qısa sənədli film nümayiş olunub.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.