09.04.2025
Aprelin 9-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində 2025-ci ilin “Konstitusiya və Suverenlik ili “ elan olunması ilə əlaqədar tarix dərsi keçirilib.
“Konstitusiya və Suverenlik dövlət müstəqilliyinin əsas meyarlarıdır” adlı tarix dərsində Nəriman Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin şagirdləri iştirak edib.
Tarix dərsində muzeyin direktoru Əntiqə Tağıyeva suverenlik və konstitusiyanın dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradan əsas amillər olduğunu qeyd edərək ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarmasından danışıb.
Sonra muzeyin əməkdaşı Heyran Lələyeva şagirdlərə mövzu ilə bağlı geniş məruzə edib.
Yekunda məktəblilər uzaq və yaxın keçmişimizdən xəbər verən muzey eksponatları ilə tanış olaraq maraqlı məlumatlar əldə ediblər.