Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda “Suveren Azərbaycanın Zəfər təntənəsi” adlı tədbir keçirilib

09.04.2025

Aprelin 9-da Lənkəran şəhər Heydər Əliev Mərkəzində İcra Hakimiyyətinin,Lənkaran-Astara Regional Mədəniyyət İdarəsinin və Lənkaran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverinlik İli” çərçivəsində “Suveren Azərbaycanın Zəfər təntənəsi” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin əməkdaşı Təbriz Həsənzadə, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini Dadaş Muxtarlı, Lənkaran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Elmlər Akademiyası Lənkəran şəhər bölməsinin nümayəndəsi Cəmil Quliyev, Sosial və Aqrar-Texnoloji Kollecin Tarix müəllimi Mələk Əhmədzadə, şəhid Vüsal Kazımoun həyat yoldaşı Aysel Kazımova, Vətən müharibəsi iştirakçısı Rauf Salayev çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və hazırda uğurla davam etdirilən mükəmməl siyasətdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil və suveren dövlətimizin qazandığı uğurlardan, Birinci vitse-prezident Mehriban Əliyevanın bu uğurlara verdiyi töhfələrdən, xalqımızın əzmkarlığından və hərbçilərin qəhrəmanlıqlarından danışılıb.

Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.