Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan dövləti daim insan hüquqlarının təminatçısıdır

08.04.2025

Aprelin 8-də Masallı rayon Mərkəzi Kitabxanasında “Konstitusiya və Suverenlik İli”, eləcə də “İnsan və hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı” çərçivəsində “Azərbaycan dövləti daim insan hüquqlarının təminatçısıdır” mövzusuna həsr olunan tədbir keçirilib.

Tədbir Masallı rayon Mərkəzi Kitabxanası, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan MKS-nin direktor əvəzi Zamin Məmmədov iştirakçılara Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsinə daim böyük önəm verdiyini və bu sahədəki fəaliyyətini davamlı olaraq gücləndirdiyini vurğulayıb.

Sonra, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva mövzunun əhəmiyyətini diqqətə çatdırıb və Azərbaycan dövlətinin insan hüquqlarının qorunmasında ardıcıl və qətiyyətli addımlar atdığını bildirib. O, həmçinin, Azərbaycan Konstitusiyasının, ölkənin ən ali hüquqi sənədi olaraq, insan hüquqları və azadlıqlarının qorunmasına dair təminatlar verdiyini qeyd edib.

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov mövzu ətrafında ətraflı və dolğun çıxış edərək insan hüquqlarının müdafiəsi sahəsində dövlətin atdığı addımlar, qəbul edilən qanunvericilik aktları və beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə geniş məlumat verib.

Tədbir zamanı həmçinin fikir mübadiləsi aparılıb, iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayıblar.

Sonda kitabxananın əməkdaşı Günay Xəlilova çıxış edərək tədbirin mahiyyəti və ictimai əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.