Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Konstitusiya və Suverenlik ili

09.04.2025

Aprelin 9-da Masallı rayon Mərkəzi Kitabxanasında 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan olunması münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva Konstitusiyanın Azərbaycan dövlətçiliyinin əsasını qoyan mühüm sənəd olduğunu vurğulayıb. O, Konstitusiyanın ölkənin müstəqilliyinin və vətəndaşların hüquqlarının qorunmasında vacib rol oynadığını qeyd edib.

Daha sonra kitabxananın digər əməkdaşı Həbibə Hüseynova məruzəsində, Konstitusiyanın ölkədə hüquq və azadlıqların təminatçısı olduğunu qeyd edib.Həmçinin, əlavə edib ki, “Konstitusiya və Suverenlik ili”nin elan olunması ölkəmizin hüquqi mədəniyyətini gücləndirməyə, vətəndaşların hüquqi biliklərini artırmağa və cəmiyyətdə hüququn üstünlüyünü daha da möhkəmləndirməyə xidmət edir.