08.04.2025
Aprelin 8-də Masallı rayon Mərkəzi Kitabxanasında dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 140-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Kitabxana əməkdaşı Şəmsurə Nəsirova böyük musiqişünas haqqında məlumat verərək ,Üzeyir Hacıbəyovun Azərbaycan musiqisi və mədəniyyəti üçün göstərdiyi xidmətləri vurğulayıb.
Tədbirin davamında kitabxananın digər əməkdaşı Gülər Kərimova məruzə ilə çıxış edərək, Üzeyir Hacıbəyovun musiqi yaradıcılığı və əsərlərinin Azərbaycan xalqının həyatındakı mühüm yerindən danışıb.Qeyd olunub ki, Üzeyir Hacıbəyov yalnız bir musiqiçi deyil, həm də Azərbaycanın milli mədəniyyətinin formalaşmasında böyük rola malik olan bir şəxsiyyət olub. Onun yaratdığı əsərlər həm musiqi sahəsində, həm də cəmiyyətdə dərin izlər buraxmışdır.