09.04.2025
Aprelin 9-da Masallı rayon Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən Təbliğat qrupunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğ olunması məqsədilə Masallı şəhər İntiqam Əsgərli adına 3 saylı tam orta məktəbin Vl sinif şagirdləri üçün “Ulu öndərin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir”
mövzusunda tarix dərsi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix dərsində Tarix müəllimi Ağayeva Əfsanə şagirdlərə ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi,həyat və fəaliyyəti,ömür yolu haqqında ətraflı məlumatlar verib.