07.04.2025
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstutusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar aprelin 7-də Astara rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Astara şəhər Z.Bünyadov adına 2 saylı tam orta və M.F.Axundov adına Pensər kənd 1 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Ötən dövrdə olduğu kimi, cari il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacaq.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Sonra “2025-ci il Konstutusiya və Suverenlik ili”dir mövzusunda film nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.