Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mirzə Qədim İrəvaninin bənzərsiz sənət dünyası

09.04.2025

Aprelin 9-da Astara Tarix-Diyarşünaslıq Muzeyində ”Mirzə Qədim İrəvaninin bənzərsiz sənət dünyası” mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara şəhər Şıxəli Qasımov adına 4 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə muzeyin kiçik-elmi işçisi Çiçək Axundova açaraq qeyd edib ki, Azərbaycanın XIX əsr təsviri incəsənət ustaları arasında Mirzə Qədim İrəvaninin də önəmli yeri var.Yaradıcılığının ilk dövründə, əsasən, dekorativ sənət sahəsinə maraq göstərən gənc rəssam divar rəsmləri və bədii tikmələr üçün rəsm və trafaretlər çəkmişdir.Bu dövrdə rəssam qızılgül, zanbaq və çiçəklərdən mürəkkəb kompozisiyalar yaradır, o cümlədən, müxtəlif quşların canlı və real təsvirini işləyirdi.Fəaliyyətinin ilk mərhələsində klassik miniatür boyakarlığından fərqlənən bu əsərlər göstərirdi ki, rəssam Avropa boyakarlığına böyük maraq göstərir.Yaradıcılığının ilk illərində rəssam kağız, şüşə və güzgü üzərində portretlər işləmişdir.Bu portretlər arasında “Süvari”, “Rəqqasə”, “Dərviş” xüsusi olaraq seçilir. Mirzə Qədim İrəvani panel rəssamlığının əsasını qoymuşdur, yaradıcılığı Azərbaycanın yeni döv təsviri sənətində vacib dəyişikliklə yadda qalmışdır.

Sonra mövzu ilə bağlı muzeyin kiçik-elmi işçisi Rəna Əskərova məruzə edib.

Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.