Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müasir Ədəbiyyatın görkəmli siması-Maqsud İbrahimbəyov

11.04.2025

Aprelin 11-də Astara Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərancamına əsasən Maqsud İbrahimbəyovun 90 illik yubileyi ilə əlaqədar ”Müasir Ədəbiyyatın görkəmli siması-Maqsud İbrahimbəyov” adlı tədbir keçirilib.

Tədbirdə Astara şəhər Z.Bünyadov adına 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilin.

Tədbiri giriş sözü ilə muzeyin kiçik-elmi işçisi Rəna Əskərova açaraq qeyd edib ki, Maqsud İbrahimbəyovun hekayə və povestlərinin qəhrəmanları-böyüklər və uşaqlar – milyonlarla oxucu üçün yaxşı tanış və dost olub. İndi də onlarla yeni nəsil tanış olmağa davam edir və indiki yeniyetmələrin qəlbində Maqsud İbrahimbəyovun təxəyyül gücü ilə doğulan, onun qələmi ilə canlanan həmyaşıdlarının macəraları və həyəcanları, onların özləri ilə baş verir, canlı əks-sədasını tapır. Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur."Mezozoy əhvalatı", "Bayquş gəlmişdi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün — ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilmişdir.

Sonra mövzu ilə bağlı muzeyin kiçik-elmi işçisi Çiçək Axundova məruzə edib.

Sonda şagirdlər muzeyə ekskursiya ediblər.