11.04.2025
Aprelin 11-də Astara rayon Heydər Əliyev Mərkəzində 15 Aprel Beynəlxalq Mədəniyyət günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Astara şəhər Z.Bünyadov adına 2 saylı tam orta və M.F.Axundov adına Pensər kənd 1 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, xalqımızın Ümummilli Lideri, bütün əsrlər üçün canlı klassik olan dahi şəxsiyyət Heydər Əliyevin belə bir müdrik kəlamı var: “Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır”. Bütün qaynar fəaliyyəti dövrü bu sağlam əxlaqi-etik və estetik prinsiplə yaşayan Ulu Öndər Heydər Əliyev həmişə xalqın mədəni dəyərlərini, milli sərvətlərini qorumaq üçün mübarizə aparmışdır.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Daha sonra “Heydər Əliyev və mədəniyyət” qısa sənədli film nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.