Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ailədə sadiqlik və mənəvi dəyərlər

10.04.2025

Aprelin 10-da Astara Tarix-Diyarşünaslıq Muzeyində Ailə siyasətinin həyata keçirilməsi istiqamətində işlərin icrası ilə əlaqədar Tədbirlər Planı”na əsasən “Ailədə sadiqlik və mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara rayon Şahağacı kənd 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev açaraq qeyd edib ki, hər bir ölkədə cəmiyyətin inkişafının kökündə möhkəm ailə durur, sağlam ailə sağlam cəmiyyətin əsasını təşkil edir. Azərbaycan xalqının mental dəyərlərində də ailə müqəddəs ocaq, hörmət və ehtiram mənbəyidir.

Sonra mövzu ilə bağlı muzeyin baş-elmi işçisi Vüsalə Xocaxanova məruzə edib.

Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.